“Kombi”lərlə bağlı məhdudiyyətin səbəbi: Yeni qayda mənzil qiymətlərini artıracaq? Daşınmaz əmlak 03/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Nazirlər Kabinetinin müvafiq qərarı ilə çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyət tətbiq ediləcək. Qərara əsasən, fərdi istilik sistemlərinin quraşdırılmasına çoxmənzilli yaşayış binası 5 mərtəbəyə qədər olduqda, binanın yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda və mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda icazə veriləcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bəs fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyətin tətbiqi yeni tikiləcək yaşayış binalarında mənzillərin qiymətlərinə təsir edə bilər? Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib ki, mərkəzləşdirilmiş qazanxana sisteminin qurulması mənzillərin maya dəyərini artıracaq: “Bu da qiymətə təsir göstərəcək. Lakin digər tərəfdən mənzil sahiblərinin istiliklə bağlı xərcləri azala bilər”. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da yeniliyin tətbiqinin yaşayış sahələrinin qiymətlərini artıracağı qənaətindədir. Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyətlərin qoyulması ilə bağlı fərqli fikirdədir. O, mərkəzləşdirilmiş qazanxanaların fərdi istilik sistemini əvəzləyə bilməyəcəyini deyir. Onun sözlərinə görə, kombi sistemi vətəndaşa daha çox müstəqillik verir və nasazlıq zamanı problemi daha qısa müddətdə həll etməyə imkan yaradır: “Amma iri qazanxanaların texniki baxışı, təmiri və istiliyin ötürülməsi zamanı yaranan itkilər də nəzərə alınmalıdır. Bu isə mərkəzləşdirilmiş istilik sisteminə malik mənzillərin cəlbediciliyini azalda bilər”. MənbəMODERN.AZ TaglarAzərbaycan Nazirlər Kabinetikombimənzil qiymətləri Son xəbərlər Ölkə daxili Slovakiya 2027-ci ilə qədər Qarabağda “Ağıllı kənd” layihəsini başa çatdıracaq 03/05/2026 Bank xəbərləri “PAŞA Bank”ın səhmdarı olmaq üçün son 10 gün qaldı – Bu nadir imkanı nə üçün qaçırmaq olmaz? 03/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək 03/05/2026 Ölkə xarici İran Hörmüz boğazında blokadanın qaldırılması üçün ABŞ-a bir aylıq razılaşma təklif edib 03/05/2026 Digər xəbərlər Ölkə daxili Slovakiya 2027-ci ilə qədər Qarabağda “Ağıllı kənd” layihəsini başa çatdıracaq 03/05/2026 Bank xəbərləri “PAŞA Bank”ın səhmdarı olmaq üçün son 10 gün qaldı – Bu nadir imkanı nə üçün qaçırmaq olmaz? 03/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək 03/05/2026 Ölkə xarici İran Hörmüz boğazında blokadanın qaldırılması üçün ABŞ-a bir aylıq razılaşma təklif edib 03/05/2026