Slovakiya 2027-ci ilə qədər Qarabağda “Ağıllı kənd” layihəsini başa çatdıracaq Ölkə daxili 03/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Slovakiya Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd (Qərvənd) kəndində “Ağıllı kənd” (“Smart Village”) layihəsinin icrasını, ehtimal ki, 2026-cı ilin sonuna qədər başa çatdıracaq. Bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov jurnalistlərə məlumat verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Hazırda Slovakiya şirkətlərindən biri Ağdam rayonunda layihə həyata keçirir. Düşünürəm ki, bu ilin sonuna kimi o, başa çatdırılacaq”, – diplomat qeyd edib. Elçin Qasımov, həmçinin Slovakiyanın yüksək vəzifəli rəsmi şəxslərinin Azərbaycana planlaşdırılan səfərləri barədə məlumat verib: “Yaxın vaxtlarda parlamentin spikeri Rixard Raşinin və Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfərləri gözlənilir”. Qeyd edək ki, layihə müasir ekoloji texnologiyalardan istifadə etməklə kəndin bərpası və modernləşdirilməsini əhatə edir, yenidənqurma işlərini isə Slovakiya şirkətləri həyata keçirir. Baş Qərvənd kəndində layihələndirilən ərazinin ümumi sahəsi 476 hektar təşkil edir. Eyni zamanda səfir bildirib ki, Slovakiya mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında da təmsil olunacaq: “Forumda Slovakiyanı Baş nazirin müavini, eləcə də regional inkişaf naziri (Samuel Miqal – red.) təmsil edəcək”. MənbəREPORT TaglarAğıllı kəndAzərbaycan-Slovakiyaqarabağ Son xəbərlər Daşınmaz əmlak “Kombi”lərlə bağlı məhdudiyyətin səbəbi: Yeni qayda mənzil qiymətlərini artıracaq? 03/05/2026 Bank xəbərləri “PAŞA Bank”ın səhmdarı olmaq üçün son 10 gün qaldı – Bu nadir imkanı nə üçün qaçırmaq olmaz? 03/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək 03/05/2026 Ölkə xarici İran Hörmüz boğazında blokadanın qaldırılması üçün ABŞ-a bir aylıq razılaşma təklif edib 03/05/2026 Digər xəbərlər Daşınmaz əmlak “Kombi”lərlə bağlı məhdudiyyətin səbəbi: Yeni qayda mənzil qiymətlərini artıracaq? 03/05/2026 Bank xəbərləri “PAŞA Bank”ın səhmdarı olmaq üçün son 10 gün qaldı – Bu nadir imkanı nə üçün qaçırmaq olmaz? 03/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək 03/05/2026 Ölkə xarici İran Hörmüz boğazında blokadanın qaldırılması üçün ABŞ-a bir aylıq razılaşma təklif edib 03/05/2026