AİB 2030-cu ilədək Cənubi Qafqaz və Mərkəzi Asiyaya 10 mlrd. dollardan çox sərmayə yatıracaq Ümumi iqtisadi xəbərlər 03/05/2026 Paylaş FacebookXWhatsAppTelegram AİB 2030-cu ilə qədər bütün Cənubi Qafqaz və Mərkəzi Asiyada regional bağlılığa, təmiz enerjiyə, rəqəmsal transformasiyaya və inklüziv infrastruktura 10 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır. Bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kanda Səmərqənddə AİB-in Rəhbərlər Şurasının 59-cu illik toplantısına həsr olunmuş mətbuat konfransında bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bağlılıq builki illik toplantının üç əsas mövzusundan biridir və Cənubi Qafqaz Mərkəzi Asiya ilə birlikdə gələcək regional əməkdaşlıq üçün böyük potensiala malikdir. Mən qətiyyətlə inanıram ki, regional inteqrasiya bu regionlar üçün böyümə mühərrikidir, o, xüsusən də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı vasitəsilə hazırda yaşadığımız xarici şoklara qarşı kollektiv dayanıqlılıq yaradacaq”, – bankın prezidenti bildirib. M. Kanda vurğulayıb ki, CAREC çərçivəsində AİB artıq iyirmi ildən çoxdur ki, bazarların birləşdirilməsinə və transsərhəd ticarətin gücləndirilməsinə dəstək göstərir. “AİB 2030-cu ilə qədər bütün regionda regional bağlılığa, təmiz enerjiyə, rəqəmsal transformasiyaya və inklüziv infrastruktura 10 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır. Rəqəmsal dəhliz vasitəsilə biz insanları, biznesi və bazarları sərhədləri aşaraq birləşdirəcək yerüstü fiber-optik şəbəkəni dəstəkləyəcəyik. Bu, sözsüz ki, başlanmasını indicə elan etdiyim Asiya-Sakit Okean rəqəmsal magistralının bir hissəsi olacaq”, – o əlavə edib. MənbəREPORT TaglarAsiya İnkişaf Bankı (ADB)Cənubi QafqazMərkəzi Asiya Son xəbərlər Nəqliyyat “AZAL” Dubaya uçuşları bərpa edir 03/05/2026 Turizm “Son 3 ayda Türkiyənin turizm gəlirləri 10 milyard dollara çatıb” 03/05/2026 Nəqliyyat Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb 03/05/2026 Ümumi iqtisadi xəbərlər Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır 03/05/2026 Digər xəbərlər Nəqliyyat “AZAL” Dubaya uçuşları bərpa edir 03/05/2026 Turizm “Son 3 ayda Türkiyənin turizm gəlirləri 10 milyard dollara çatıb” 03/05/2026 Nəqliyyat Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb 03/05/2026 Ümumi iqtisadi xəbərlər Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır 03/05/2026