Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır Ümumi iqtisadi xəbərlər 03/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Özbəkistan və Azərbaycan ilin sonuna qədər qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə başlamaq barədə qərar verəcəklər. Bu barədə Özbəkistanın mədən və geologiya nazirinin müavini Ural Yusupov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu illik iclasında bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Biz Özbəkistan Respublikasında geoloji kəşfiyyat işləri üzrə Azərbaycanın “AzerGold” şirkəti ilə fəal əməkdaşlığa başlamışıq. Hazırda sənədləri nəzərdən keçiririk. İnanıram ki, ilin sonuna qədər qiymətli metal yataqlarının (qızıl və gümüş) birgə kəşfiyyatı barədə qərar qəbul edəcəyik. Həmçinin tərəfdaşlarımıza vacib metalların çıxarılması layihələrini nəzərdən keçirməyi təklif etmişik. Hazırda Qaşqadərya və Surxandərya vilayətlərində, eləcə də Qaraqalpaqstan Respublikasında və Cizzax bölgəsindəki vacib yataqlarda qiymətli metal yataqlarının (qızıl və gümüş – red.) potensialını araşdırırıq”, – nazir müavini bildirib. MənbəREPORT TaglarAzərbaycan-ÖzbəkistanQiymətli metal yataqları Son xəbərlər Nəqliyyat “AZAL” Dubaya uçuşları bərpa edir 03/05/2026 Turizm “Son 3 ayda Türkiyənin turizm gəlirləri 10 milyard dollara çatıb” 03/05/2026 Ümumi iqtisadi xəbərlər AİB 2030-cu ilədək Cənubi Qafqaz və Mərkəzi Asiyaya 10 mlrd. dollardan çox sərmayə yatıracaq 03/05/2026 Nəqliyyat Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb 03/05/2026 Digər xəbərlər Nəqliyyat “AZAL” Dubaya uçuşları bərpa edir 03/05/2026 Turizm “Son 3 ayda Türkiyənin turizm gəlirləri 10 milyard dollara çatıb” 03/05/2026 Ümumi iqtisadi xəbərlər AİB 2030-cu ilədək Cənubi Qafqaz və Mərkəzi Asiyaya 10 mlrd. dollardan çox sərmayə yatıracaq 03/05/2026 Nəqliyyat Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb 03/05/2026