Lerikdə 21 yaşlı gənc ildırım vurmasından ölüb. "Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Laman kəndində baş verib. Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Cəfər Əbdül oğlu Mirzəzadəni ildırım vurub. O, aldığı xəsarətlərdən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.