SİDNEY : Avstraliya və Yaponiya bazar ertəsi (mayın 4-ü) enerji və kritik minerallar sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər. Bu razılaşma Yaponiyanın Baş naziri Sanae Takaiçi nin ölkəyə üç günlük səfəri zamanı avstraliyalı həmkarı Entoni Albaniz lə görüşündən sonra əldə olunub. Ötən ay əhəmiyyətli müdafiə sazişi imzaladıqdan sonra, iki ölkə enerji, ərzaq və kritik mineralların təchizat zəncirlərini gücləndirməyə razılaşıb. Albaniz bəyanatında deyib: “ Avstraliya və Yaponiya iqtisadiyyatlarımızı gələcək iqtisadi şoklardan və qeyri-müəyyənlikdən qorumaq üçün tədbirlər görürlər”. “Birlikdə işləməklə, həm indiki, həm də gələcəkdə Avstraliya və Yaponiya bizneslərinə və istehlakçılarına fayda verəcək daha təhlükəsiz və dayanıqlı təchizat zəncirlərinə nail olacağıq.”