BƏƏ Ərəb Dövlətləri Təşkilatından çıxıb Ölkə xarici 04/05/2026 Paylaş FacebookXWhatsAppTelegram BƏƏ Neft İxrac Edən Ərəb Ölkələri Təşkilatına (OAPEC) üzvlükdən çıxmaq qərarı barədə təşkilatı məlumatlandırıb. Bu barədə qurumun mətbuat xidməti “X” sosial şəbəkəsində bildirib. OAPEC rəhbərliyi krallığa ərəb ölkələrinin enerji sektorunun inkişafına verdiyi töhfəyə görə təşəkkür edib. Təşkilatın baş katibliyi üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsini davam etdirəcəyini qeyd edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə OAPEC — mənzil-qərargahı Küveyt şəhərində yerləşən və neft ixrac edən ərəb ölkələrinin enerji siyasətini koordinasiya edən hökumətlərarası təşkilatdır. BƏƏ-nin təşkilatdan çıxmasından sonra onun tərkibində 10 üzv qalacaq: Əlcəzair, Bəhreyn, Misir, İraq, Küveyt, Liviya, Qətər, Səudiyyə Ərəbistanı, Suriya və Tunis. Bundan əvvəl BƏƏ OPEC və OPEC+ alyanslarından da çıxmışdı. Krallığın energetika naziri Suhail al-Mazrouei bildirib ki, bu qərara digər amillərlə yanaşı, Hörmüz boğazının bağlanması və bunun Fars körfəzindən ixrac axınlarını məhdudlaşdırması təsir edib. TaglarBƏƏ Son xəbərlər Biznes Avtomobil istehsalçıları İranda müharibə fonunda $5 milyardlıq “xammal şoku” barədə xəbərdarlıq ediblər 04/05/2026 Əsas məlumatlar Bütün bu qızıl dünyada harada saxlanılır? 04/05/2026 Menecement (təyinatlar) BOKT-yə yeni rəhbər təyin edilib 04/05/2026 Yerli biznes xəbərləri 10-dan çox rayonda torpaq satışa çıxarılır – Qiymətlər 04/05/2026 Digər xəbərlər Biznes Avtomobil istehsalçıları İranda müharibə fonunda $5 milyardlıq “xammal şoku” barədə xəbərdarlıq ediblər 04/05/2026 Əsas məlumatlar Bütün bu qızıl dünyada harada saxlanılır? 04/05/2026 Menecement (təyinatlar) BOKT-yə yeni rəhbər təyin edilib 04/05/2026 Yerli biznes xəbərləri 10-dan çox rayonda torpaq satışa çıxarılır – Qiymətlər 04/05/2026