Azərbaycanda bu il mikro bizneslər irilərlə müqayisədə kreditə daha çox meyillidir Bank xəbərləri 04/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda mikrokreditlərin həcmi 2026-cı ilin ilk rübündə 3% artaraq 3 mlrd. 675.9 mln. manata qalxıb. Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Cari ilin əvvəlində ümumi mikrokreditlərin həcmi 3 mlrd. 675.9 mln. manat olmuşdu. Mikrokreditlərin həcmi adətən ilin ilk rüblərində aşağı dinamika ilə dəyişir. Məsələn, keçən ilin ilk rübündə bu portfel rüblük 1 faiz kiçilmişdi. Növbəti 2-ci, 3-cü və 4-cü rüblərdə müvafiq olaraq 4%, 7%, 4% və 3% artmışdılar. Kiçik biznesə verilən kreditlər isə 1% artımla 1mlrd. 732 mln. manat, orta bizneslər 0.17% artımla 2 mlrd. 292.8 mln. manata yüksələrkən, iri bizneslərdə kreditlə bağlı 0.42% soyuma qeydə alınıb. İri sahibkarlığa verilən kreditlər rübün sonu 8 mlrd. 514.3 mlrd. manata düşüb. Qeyd edək ki, Nazirlər Kabinetinin 556 nömrəli Qərarı sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və iri kateqoriyalar üzrə təsnifatını müəyyən edir və bu təsnifat əsasən işçilərin sayı və illik gəlir göstəricilərinə əsaslanır. Qərara görə, mikro sahibkarlıq subyektlərinə 1–10 nəfər işçisi olan və illik gəliri 200 min manata qədər olan müəssisələr daxildir. Kiçik sahibkarlıq subyektləri isə 11–50 nəfər işçisi olan və illik gəliri 200 min manatdan 3 milyon manata qədər olan müəssisələrdir. Orta sahibkarlıq subyektlərinə 51–250 nəfər işçisi olan və illik gəliri 3 milyon manatdan 30 milyon manata qədər olan müəssisələr aid edilir. İri sahibkarlıq subyektləri isə 250 nəfərdən çox işçisi olan və illik gəliri 30 milyon manatdan artıq olan müəssisələr kimi müəyyən edilir. Son xəbərlər Bank xəbərləri Bank Respublika sahibkarlara “34 GÜN – 34% ENDİRİM” kampaniyasına start verib 04/05/2026 Biznes təhsil Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək 04/05/2026 Xarici xəbərlər Türkiyə Rusiyadan idxalı 3,5 milyard dollar azaldıb: ölkələr arasında ticarətdə nə baş verir? 04/05/2026 Neft və Qaz Yeddi OPEC+ ölkəsi neft hasilatının sutkada 188 min barel artırılması barədə razılığa gəlib 04/05/2026 Digər xəbərlər Bank xəbərləri Bank Respublika sahibkarlara “34 GÜN – 34% ENDİRİM” kampaniyasına start verib 04/05/2026 Biznes təhsil Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək 04/05/2026 Xarici xəbərlər Türkiyə Rusiyadan idxalı 3,5 milyard dollar azaldıb: ölkələr arasında ticarətdə nə baş verir? 04/05/2026 Neft və Qaz Yeddi OPEC+ ölkəsi neft hasilatının sutkada 188 min barel artırılması barədə razılığa gəlib 04/05/2026