AMB milli və xarici valyutada əməliyyatların aparılması qaydalarını dəyişib Bank xəbərləri 04/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edib. Banker.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qərara əsasən, Azərbaycana idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə köçürmələrin icrası üçün Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra ediləcək. Bu halda xüsusi tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılacaq. Həmçinin yeni əlavə olunanan maddə ilə avans ödənişi müdafiə təyinatlı malların (döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, dəstləşdirici və ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, xammal, material və texnologiyalar) Azərbaycana idxalı, habelə bu cür mallarla əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün nəzərdə tutulduqda bu barədə Müdafiə Sənayesi Nazirliyinin məktubu banka təqdim edilə bilər. Bu halda məktubun surəti bankda saxlanılacaq. TaglarAMB Son xəbərlər Yerli biznes xəbərləri “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub 04/05/2026 Bank xəbərləri Bank Respublika sahibkarlara “34 GÜN – 34% ENDİRİM” kampaniyasına start verib 04/05/2026 Bank xəbərləri Azərbaycanda bu il mikro bizneslər irilərlə müqayisədə kreditə daha çox meyillidir 04/05/2026 Biznes təhsil Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək 04/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub 04/05/2026 Bank xəbərləri Bank Respublika sahibkarlara “34 GÜN – 34% ENDİRİM” kampaniyasına start verib 04/05/2026 Bank xəbərləri Azərbaycanda bu il mikro bizneslər irilərlə müqayisədə kreditə daha çox meyillidir 04/05/2026 Biznes təhsil Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək 04/05/2026