“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub Yerli biznes xəbərləri 04/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ® 2-3 may 2026-cı il tarixlərində İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində “AzerGold” QSC xalça konsepsiyalı sərgi stendi ilə təmsil olunub. “Azərxalça” ASC, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə təşkil edilən festivalda dövlət şirkətinin 13 çeşiddə qızıl və 5 çeşiddə gümüş sikkələrdən ibarət kolleksiyaları, eləcə də investisiya məhsulları təqdim edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “AzerGold” stendində xalçaçılıq elementlərini özündə ehtiva edən qızıl və gümüş məhsullar nümayiş etdirilib. Burada, həmçinin Azərbaycanın tarixi şəxsiyyətlərini, milli və mənəvi dəyərlərini əks etdirən numizmatika nümunələri və müxtəlif mövzularda hazırlanmış sikkələr təqdim olunub. “AzerGold” və “Azərxalça” birgə layihə əsasında ziyarətçilərə “ipəklə gümüşün harmoniyası” adlı fərqli vizual təcrübə təqdim edib. “Smartminting” (yüksək relyefli zərb texnologiyası) ilə ərsəyə gətirilən və nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələr və bu kolleksiyanın xalça interpretasiyası izləyicilərin böyük marağına səbəb olub. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı, o cümlədən Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının “Qırmızı Siyahı”sının nəsli kəsilmək təhlükəsi olan canlılar kateqoriyasına daxil edilmiş nadir fauna növləri – ceyran, bəbir və bezoar keçisi haqqında yerli və xarici qonaqlara ətraflı məlumat verilib. Stenddə “Bəbir” xalçasının kəsim prosesi də interaktiv şəkildə nümayiş etdirilib. TaglarAzerGold Son xəbərlər Ölkə daxili Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq? 04/05/2026 Bank xəbərləri AMB milli və xarici valyutada əməliyyatların aparılması qaydalarını dəyişib 04/05/2026 Bank xəbərləri Bank Respublika sahibkarlara “34 GÜN – 34% ENDİRİM” kampaniyasına start verib 04/05/2026 Bank xəbərləri Azərbaycanda bu il mikro bizneslər irilərlə müqayisədə kreditə daha çox meyillidir 04/05/2026 Digər xəbərlər Ölkə daxili Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq? 04/05/2026 Bank xəbərləri AMB milli və xarici valyutada əməliyyatların aparılması qaydalarını dəyişib 04/05/2026 Bank xəbərləri Bank Respublika sahibkarlara “34 GÜN – 34% ENDİRİM” kampaniyasına start verib 04/05/2026 Bank xəbərləri Azərbaycanda bu il mikro bizneslər irilərlə müqayisədə kreditə daha çox meyillidir 04/05/2026