ABB Invest ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır Bank xəbərləri 04/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®ABB Invest növbəti dəfə ABB istiqrazlarının anderrayteri qismində kapital bazarında çıxış edir. Bu dəfə ümumilikdə hər biri 5 milyon manat olmaqla iki istiqraz investorlara təklif olunur. Təklif edilən istiqrazların gəlirliliyi aşağıdakı kimidir:⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 1 illik istiqrazlar üzrə illik gəlirlilik 9% 2 illik istiqrazlar üzrə illik gəlirlilik 10% İstiqrazlar üzrə abunə yazılışı 11 may tarixində tamamlanacaqdır. ABB istiqrazları milli valyutada investorlara stabil gəlir və yüksək likvidlik təmin edir. Bu istiqrazlar üzrə fiziki şəxslərə ödənilən faiz gəlirindən vergi tutulmur. Abunə yazılışı dövründə istiqrazlara olan tələbat təklifdən çox olarsa, fiziki şəxslərin sifarişləri prioritet qaydada icra ediləcəkdir. Abunə yazılışı və yerləşdirmə bitdikdən sonra ABB istiqrazları Bakı Fond Birjasında (BFB) tədavül ediləcəkdir və ABB Invest bu istiqrazlar üzrə market-meyker olacaqdır. İnvestorlar tədavül müddəti başa çatmamış istiqrazlarını Bakı Fond Birjasında market-meyker vasitəsilə istənilən vaxt sata bilərlər. Bank depozitlərindən fərqli olaraq, istiqrazlar vaxtından əvvəl satıldıqda ödənilmiş və toplanmış, lakin hələ ödənilməmiş faiz gəlirləri investora məxsus qalır. ABB və ABB Invest bu emissiya vasitəsilə investorlar üçün mütəmadi və dayanıqlı investisiya imkanlarının yaradılmasını, həmçinin ölkənin kapital bazarlarında davamlı aktivliyin təmin olunmasını hədəfləyir. İstiqrazların alışı üçün qeyd olunan linkə keçid edə bilərsiniz: https://app.abb-bank.az/local_ipo_tab. ABB Invest-in innovativ, sürətli və etibarlı məhsul və xidmətləri barədə ətraflı məlumatı rəsmi internet səhifəsindən — https://abbinvest.az/ — *3773 Məlumat Mərkəzindən, eləcə də şirkətin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür. TaglarABB istiqrazlarıABB-İnvest Son xəbərlər İnvestisiya “GameStop” “eBay”i $56 milyarda almağı təklif edib 04/05/2026 Bank xəbərləri Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub 04/05/2026 Yerli biznes xəbərləri “Azərbaycan Sənaye Korporasiyası”nın özəlləşdirilmiş müəssisə və obyektlərinin sayı açıqlanıb 04/05/2026 İnvestisiya İran ABŞ-nin hərbi gəmilərinə zərbə endirdi: bazarlar kəskin reaksiya verdi 04/05/2026 Digər xəbərlər İnvestisiya “GameStop” “eBay”i $56 milyarda almağı təklif edib 04/05/2026 Bank xəbərləri Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub 04/05/2026 Yerli biznes xəbərləri “Azərbaycan Sənaye Korporasiyası”nın özəlləşdirilmiş müəssisə və obyektlərinin sayı açıqlanıb 04/05/2026 İnvestisiya İran ABŞ-nin hərbi gəmilərinə zərbə endirdi: bazarlar kəskin reaksiya verdi 04/05/2026