Mərkəzi Bank valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib Bank xəbərləri 04/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankı rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib. Dəyişikliklər əsasən xaricə edilən avans ödənişləri ilə bağlı tələbləri əhatə edir. Banker.az xəbər verir ki, 2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib. AMB sədri 21 aprel 2026-cı il tarixində bu qərarı imzalayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qərara əsasən, qaydalara yeni şərt əlavə olunub. Belə ki, əgər xaricə göndərilən avans ödənişi geri qaytarılmırsa, bu halda yalnız müəyyən hallarda problem sayılmayacaq. Bunun üçün qaydalarda göstərilən xüsusi tapşırıq və ya məktub banklara təqdim edilməlidir. Əgər bu sənədlər təqdim olunmazsa, avansın qaytarılmaması qayda pozuntusu kimi qiymətləndiriləcək. Eyni zamanda sənədə yeni – 4.4-1-ci bənd əlavə edilib. Bu bəndə görə, avans ödənişi müdafiə təyinatlı malların idxalı və ya bu mallarla bağlı iş və xidmətlər üçün nəzərdə tutulduqda, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən verilən məktub banka təqdim edilə bilər. Bu məktub təqdim edildikdə, bank onun surətini saxlayır və əlavə tələb irəli sürülmür. Son xəbərlər İnvestisiya “GameStop” “eBay”i $56 milyarda almağı təklif edib 04/05/2026 Bank xəbərləri Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub 04/05/2026 Yerli biznes xəbərləri “Azərbaycan Sənaye Korporasiyası”nın özəlləşdirilmiş müəssisə və obyektlərinin sayı açıqlanıb 04/05/2026 İnvestisiya İran ABŞ-nin hərbi gəmilərinə zərbə endirdi: bazarlar kəskin reaksiya verdi 04/05/2026 Digər xəbərlər İnvestisiya “GameStop” “eBay”i $56 milyarda almağı təklif edib 04/05/2026 Bank xəbərləri Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub 04/05/2026 Yerli biznes xəbərləri “Azərbaycan Sənaye Korporasiyası”nın özəlləşdirilmiş müəssisə və obyektlərinin sayı açıqlanıb 04/05/2026 İnvestisiya İran ABŞ-nin hərbi gəmilərinə zərbə endirdi: bazarlar kəskin reaksiya verdi 04/05/2026