Azərbaycanda əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlanır Kənd təsərrüfatı 04/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Kənd Təsərrüfatı Nazirliyi istifadəsiz qalmış – əkilməyən torpaqlarla bağlı ayrıca qanun layihəsi hazırlayır. Bunu nazirliyin Hüquq və icra intizamı şöbəsinin rəhbəri Yasər Abdullayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsində bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Əslində, vaxtilə bu barədə qanun layihəsi hazırlanmışdı, amma parlamentə təqdim edilmədi. Onu qanun layihəsi çərçivəsində alt proqram kimi nəzərdə tutmuşduq. Burada Türkiyədəki mexanizmin tətbiqi nəzərdə tutulmuşdu. Məsələn, əgər torpaq mülkiyyətçisi 2 il ərzində onu istifadə etmirsə, dövlət həmin torpağı onun adından digər şəxsə icarəyə verir, icarə haqqını isə mülkiyyətçinin bank hesabına köçürülür. Bununla da dövlət torpaqların istifadəsini məcburi edir”, – Y.Abdullayev vurğulayıb. Nazirlik rəsmisi əlavə edib ki, sözügedən sənəddə istifadəsiz torpağa görə də vergilər dəfələrlə artırılırdı: “Bu gün bizdə bələdiyyə vergisi yığılır. Lakin tətbiq mexanizmindən görünən odur ki, bu yığım istənilən səviyyədə deyil. Bu səbəbdən istifadəsiz torpaqlarımız çoxdur. Düzdür, bunun başqa səbəbləri də var. Gələcəkdə bu məsələlərin həlli üçün fikirlərimiz var”. MənbəReport Taglarqanuntorpaq Son xəbərlər Digər xəbərlər Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək 04/05/2026 Bank xəbərləri “Rabitəbank” səhmdarlarının yığıncağı keçiriləcək 04/05/2026 Bank xəbərləri Azərbaycanda əhalinin avro tələbi kəskin düşüb 04/05/2026 Bank xəbərləri Bankların komissyadan gəlirləri ilk rübdə 105 mln. manatı keçib 04/05/2026 Digər xəbərlər Digər xəbərlər Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək 04/05/2026 Bank xəbərləri “Rabitəbank” səhmdarlarının yığıncağı keçiriləcək 04/05/2026 Bank xəbərləri Azərbaycanda əhalinin avro tələbi kəskin düşüb 04/05/2026 Bank xəbərləri Bankların komissyadan gəlirləri ilk rübdə 105 mln. manatı keçib 04/05/2026