Nyu-York, 5 may. /TASS/. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, aprelin 13-də İranın dəniz blokadası qurulduqdan bəri ABŞ hərbçiləri 50 ticarət gəmisini başqa istiqamətə yönləndirib. X sosial şəbəkəsində verilən məlumata görə, “Bu günə qədər 50 ticarət gəmisi qaydalara əməl olunmasını təmin etmək üçün ABŞ qüvvələri tərəfindən yönləndirilib”. CENTCOM bildirib ki, onlar İslam Respublikasının limanlarına gedən, eləcə də onun sahillərindən üzməyə çalışan bütün gəmilərin hərəkətini bloklayacaqlar.