Samux rayonunun ərazisində güclü yanğın başlayıb. "Report"un Qərb bürosunun məlumatına görə, yanğın Samux-Gəncə yolunun kənarında günəbaxan istehsalı fabrikində qeydə alınıb. Alovun qarşısını almaq üçün Samux və Gəncədən 10 yanğınsöndürən avtomobil və xeyli sayda canlı qüvvə cəlb olunub.