ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sürətli katerlərinin əvəzinə mülki şəxslərə aid 2 kiçik yük qayığını atəşə tutub. "Report" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən "Tasnim" məlumat yayıb. "ABŞ SEPAH-ın sürətli katerləri əvəzinə açıq-aşkar bir cinayət törədərək mülki şəxslərə aid 2 kiçik yük qayığını atəşə tutub", - məlumatda bildirilib və əlavə edilib ki, nəticədə 5 dinc sərnişin həlak olub: "Amerikalılar bu cinayətə görə mütləq cavab verməlidirlər". Qeyd edək ki, mayın 4-də ABŞ hərbi helikopterlər vasitəsilə Hörmüz boğazında İranın 6 kiçik katerini batırdığını açıqlayıb. İran hərbçiləri isə bu iddiaları təkzib edib.