Reuters: ABŞ Çin vətəndaşlarına qarşı viza sanksiyaları tətbiq edəcək Digər xəbərlər 05/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Vaşinqton Çin vətəndaşlarına vizaların verilməsi qaydalarını sərtləşdirməyi planlaşdırır. “Reuters” agentliyinin yüksək vəzifəli administrasiya rəsmisinə istinadən verdiyi məlumata görə, bu addım “Çinin ABŞ-da qanunsuz yaşayan vətəndaşlarının repatriasiyası ilə kifayət qədər məşğul olmaması” ilə əlaqədardır. Hazırda ABŞ-da 100 mindən çox Çin vətəndaşı qeyri-qanuni şəkildə yaşayır. Onların 30 mindən çoxu barədə artıq deportasiya qərarı çıxarılıb. Vaşinqton Pekindən ABŞ tərəfindən maliyyələşdirilən və deportasiya edilən şəxsləri daşıyan Gömrük və Sərhəd Xidməti çarter reyslərinin ölkəyə daxil olmasına icazə verməsini tələb edir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Agentliyin qeyd etdiyinə görə, ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik müddətinin başlanmasından sonra Çin vətəndaşlığı təsdiqlənən şəxslərin repatriasiyasına hazır olduğunu bildirmişdi. 2025-ci ilin əvvəlində Çin ABŞ-dan deportasiya olunan təxminən 3 min vətəndaşını qəbul edib. Lakin bundan sonra bu sahədə əməkdaşlıq azalıb. Mənbə bunu “Çinin beynəlxalq öhdəliklərinin və öz vətəndaşları qarşısında məsuliyyətinin pozulması” kimi qiymətləndirir. ABŞ-ın mümkün tədbirləri arasında vizaların verilməsindən imtinaların sayının artırılması, həmçinin artıq viza almış şəxslər üçün ölkəyə giriş qadağalarının tətbiqi göstərilir. Rəsmiyə görə, ABŞ eyni zamanda viza üçün müraciət edən şəxslərdən tələb olunan depozit məbləğini artırmağa hazırdır; bu vəsait ölkədən vaxtında çıxış etdikdən sonra geri qaytarılır. TaglarABŞÇin Son xəbərlər Menecement (təyinatlar) Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. 05/05/2026 Menecement (təyinatlar) Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib 05/05/2026 Qeyri-bank kredit təşkilatları Yenicə rebrendinq edən BOKT keçən ili mənfəətlə bitirib 05/05/2026 Kripto valyutalar “Coinbase” əməkdaşların 14%-ni ixtisar edəcək və şirkəti yenidən quracaq 05/05/2026 Digər xəbərlər Menecement (təyinatlar) Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. 05/05/2026 Menecement (təyinatlar) Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib 05/05/2026 Qeyri-bank kredit təşkilatları Yenicə rebrendinq edən BOKT keçən ili mənfəətlə bitirib 05/05/2026 Kripto valyutalar “Coinbase” əməkdaşların 14%-ni ixtisar edəcək və şirkəti yenidən quracaq 05/05/2026