Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, 1963-cü il təvəllüdlü Nurəli Yusifbəyli Azərbaycanın əməkdar mühəndisi və əməkdar elm xadimidir. O, bundan əvvəl Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.