Mədəniyyət naziri Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, vətəndaş qəbulu 22 may saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində olacaq. Qəbul Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd rayonlarından olan vətəndaşlar üçün nəzərdə tutulub.