Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək. Bu barədə "Report"a Komitədən məlumat verilib. Qeyd edilib ki, Komitə sədrinin qəbulu mayın 14-ü saat 11:00-dan etibarən Xızı rayonundakı Heydər Əliyev Mərkəzində planlaşdırılıb. Bildirilib ki, qəbulda Xızı və Siyəzən rayon sakinlərinin müraciətlərinə baxılacaq.