Azərbaycanda xanıma məxsus BOKT ili mənfəətlə bitirib Qeyri-bank kredit təşkilatları 05/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “AzMikroİnvest” BOKT 2025-ci ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini 22% artıraraq 268 min manata çatdırıb (2024: 220 min manat). Mənfəətdə artım əsasən faiz gəlirlərinin 38.3% yüksələrək 505 min manata çatması ilə dəstəklənsə də, faiz xərclərinin 274.0% artaraq 50 min manata yüksəlməsi bu artımı qismən məhdudlaşdırıb. Nəticədə xalis faiz gəlirləri 30.1% artaraq 459 min manat olub. Banker.az xəbər verir ki, hesabat dövründə ümumi gəlirlər (faiz və qeyri-faiz daxil olmaqla) artım nümayiş etdirsə də, xərclərin daha sürətli yüksəlməsi müşahidə olunub. Haqq və komissiya gəlirləri 7.9% artaraq 104 min manat, inzibati və digər əməliyyat xərcləri isə 9.5% artaraq 192 min manat təşkil edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkətin cəmi aktivləri illik müqayisədə 22.8% artaraq 2 milyon 696 min manata yüksəlib. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli 16% artaraq 2 milyon 397 min manata çatıb. Bununla belə, kreditlərin ümumi aktivlərdə payı 94.1%-dən 88.9%-ə enərək portfel strukturunda nisbi şaxələnməyə işarə edib. Cəmi öhdəliklər 33% artaraq 449 min manat, cəmi kapital isə 20.9% yüksələrək 2 milyon 247 min manat olub. Bölüşdürülməmiş mənfəət 22.0% artaraq 269 min manata çatıb. Hesabat dövründə kapital bazası əlavə olaraq nizamnamə kapitalının artırılması ilə gücləndirilib. 2025-ci il ərzində iki mərhələdə ümumilikdə 0.34 mln. manat artım həyata keçirilib və nəticədə nizamnamə kapitalı 20.7% artaraq 1.98 mln. manata çatıb. Kapitalın 100%-i 1.98 mln. manat payla Quliyeva Aysel Qüdrət qızına məxsusdur. Son xəbərlər İnvestisiya Aprel ayı üzrə investisiya şirkətlərinin dövriyyə göstəriciləri məlum olub – Siyahı 05/05/2026 İnvestisiya “JPMorgan” analitikləri səhmlərin daha da artacağını proqnozlaşdırırlar 05/05/2026 Ölkə xarici Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini viza tələbindən azad edir 05/05/2026 Menecement (təyinatlar) Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. 05/05/2026 Digər xəbərlər İnvestisiya Aprel ayı üzrə investisiya şirkətlərinin dövriyyə göstəriciləri məlum olub – Siyahı 05/05/2026 İnvestisiya “JPMorgan” analitikləri səhmlərin daha da artacağını proqnozlaşdırırlar 05/05/2026 Ölkə xarici Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini viza tələbindən azad edir 05/05/2026 Menecement (təyinatlar) Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. 05/05/2026