Asiya İnkişaf Bankı (ADB) regional enerji əlaqəliliyini gücləndirilməsi üçün 50 milyard ABŞ dolları cəlb etmək niyyətindədir. "Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə ADB İdarə Heyətinin 59-cu illik iclasında elan edilib. Bildirilir ki, ADB yeni maliyyə alətləri, siyasi dəstək tədbirləri və tərəfdaşlıq mexanizmlərindən istifadə edərək 2035-ci ilədək 50 milyard ABŞ dolları səfərbər etməyi planlaşdırır.