Goldman Sachs: qlobal neft ehtiyatları dünya üzrə tələbatın 101 gününü qarşılayır Neft və Qaz 05/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Goldman Sachs analitiklərinin bildirdiyinə görə, dünya üzrə hasil edilmiş neft ehtiyatları son səkkiz ilin ən aşağı səviyyəsinə yaxınlaşır. Reuters agentliyinin məlumatına əsasən, ehtiyatların sürətlə azalması narahatlıq doğurur, çünki Hörmüz boğazının bağlanması səbəbindən yanacaq tədarükləri məhdudlaşıb. Bankın hesablamalarına görə, hazırda qlobal yanacaq ehtiyatları dünya üzrə tələbatın təxminən 101 gününü qarşılayır. Goldman Sachs qeyd edir ki, bu göstərici may ayının sonuna qədər 98 günə enə bilər və bu, 2018-ci ildən bəri rekord minimum olacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bununla belə, analitiklər hesab edirlər ki, qlobal ehtiyatlar minimum həddə çatmaya bilər. Lakin ehtiyatların azalmasının sürəti, eləcə də bəzi regionlarda və məhsul növləri üzrə tədarük itkiləri ciddi narahatlıq yaradır. Bankın qiymətləndirməsinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından əvvəl qlobal neft məhsulları ehtiyatları təxminən 50 günlük tələbatı qarşılayırdı. Hazırda bu göstərici 45 günə düşüb. Aprelin ortalarında ABŞ İran limanlarına qarşı dəniz blokadası elan edib və ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 48 gəmini ələ keçirib. Aprelin 30-da Brent markalı neftin qiyməti dörd ilin maksimumunu aşaraq bir barel üçün 126 dollara yüksəlib. Son xəbərlər Yerli biznes xəbərləri “Bakı Fəhləsi Maşınqayırma Zavodu”nun ötən il mənfəəti 4 dəfəyə yaxın azalıb 05/05/2026 Yerli biznes xəbərləri Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu 05/05/2026 Maliyyə xəbərləri Asiya İnkişaf Bankı regionda elektrik şəbəkələri üçün 50 mlrd. dollar ayıracaq 05/05/2026 İnvestisiya Aprel ayı üzrə investisiya şirkətlərinin dövriyyə göstəriciləri məlum olub – Siyahı 05/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “Bakı Fəhləsi Maşınqayırma Zavodu”nun ötən il mənfəəti 4 dəfəyə yaxın azalıb 05/05/2026 Yerli biznes xəbərləri Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu 05/05/2026 Maliyyə xəbərləri Asiya İnkişaf Bankı regionda elektrik şəbəkələri üçün 50 mlrd. dollar ayıracaq 05/05/2026 İnvestisiya Aprel ayı üzrə investisiya şirkətlərinin dövriyyə göstəriciləri məlum olub – Siyahı 05/05/2026