Azərbaycan Türkiyə ilə birlikdə “SİVRİSİNEK” adlı PUA istehsal edəcək Texnologiya xəbərləri 05/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Türkiyə ilə birlikdə “SİVRİSİNEK” adlı pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək. Bunu “Baykar” şirkətinin baş direktoru, “SAHA” İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O bildirib ki, “SAHA 2026” Müdafiə, Aviasiya və Kosmik Sənayesi Sərgisində nümayiş edilən bütün PUA-lar Azərbaycanda olan zavodlarda istehsal ediləcək. Onlardan biri də “SİVRİSİNEK” adlı pilotsuz uçuş aparatıdır: “Bu PUA müasir hərbi texnologiyalar sırasında diqqət çəkir. Kiçikölçülü bu aparat əsasən yer hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulub”. Qeyd edək ki, sözügedən aparatın uçuş məsafəsi versiyadan asılı olaraq təxminən 900–1000 kilometr təşkil edir. Bundan əlavə, sistem “fire and forget” (at və unut) prinsipi ilə işləyir və bəzi modellərdə 10 km-dən 80 km-dən artıq hədəf vurma imkanına malikdir. PUA-nın uzunluğu təxminən 3.8 metr, qanad açıqlığı isə 3.2 metrdir. Maksimum uçuş müddəti 8–9 saatdan çox ola bilir. Saatda təxminən 55 düyün və ya dəniz mili (1 dəniz mili 1.852 km-ə bərabərdir – red.) sürəti ilə hərəkət edir. “SİVRİSİNEK” katapult vasitəsilə buraxılır, daxili yanma mühərriki ilə işləyir və süni intellekt dəstəyi ilə hədəftanıma funksiyasına malikdir. Sistem GNSS və elektro-optik idarəetmə ilə təchiz olunub. Mütəxəssislərin fikrincə, bu tip PUA-lar həm müşahidə, həm də zərbə əməliyyatlarında istifadə oluna bilər və müasir döyüş şəraitində çevik, effektiv vasitə hesab olunur. MənbəREPORT TaglarHaluk BayraktarpuaSİVRİSİNEK Son xəbərlər Yerli biznes xəbərləri Ağdam Sənaye Parkında Belarusla birgə istehsal müəssisəsi qurula bilər 05/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına üzv olmaq təklif edilib 05/05/2026 Neft və Qaz Goldman Sachs: qlobal neft ehtiyatları dünya üzrə tələbatın 101 gününü qarşılayır 05/05/2026 Yerli biznes xəbərləri “Bakı Fəhləsi Maşınqayırma Zavodu”nun ötən il mənfəəti 4 dəfəyə yaxın azalıb 05/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Ağdam Sənaye Parkında Belarusla birgə istehsal müəssisəsi qurula bilər 05/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına üzv olmaq təklif edilib 05/05/2026 Neft və Qaz Goldman Sachs: qlobal neft ehtiyatları dünya üzrə tələbatın 101 gününü qarşılayır 05/05/2026 Yerli biznes xəbərləri “Bakı Fəhləsi Maşınqayırma Zavodu”nun ötən il mənfəəti 4 dəfəyə yaxın azalıb 05/05/2026