Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına üzv olmaq təklif edilib Ümumi iqtisadi xəbərlər 05/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Çin Azərbaycandan Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına mümkün üzvlük məsələsini nəzərdən keçirməyi xahiş edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, bu məsələ nazir müavini Himalay Məmişovun Çinin Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşündə gündəmə gətirilib. Görüşdə Azərbaycan və Çin arasında münasibətlərin dinamik inkişafı yüksək qiymətləndirilib, ikitərəfli əlaqələrin siyasi etimad, həmçinin energetika, nəqliyyat və rəqəmsal transformasiya sahələrində artan əməkdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli platformalar, o cümlədən Asiya İnkişaf Bankı (ADB) çərçivəsində Çin ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğu qeyd edilib. Eyni zamanda, regionda nəqliyyat-logistika bağlantılarının gücləndirilməsi, dayanıqlı inkişaf və regional inteqrasiya gündəliyinə Azərbaycanın sadiqliyi bir daha ifadə olunub. Görüşdə Azərbaycanın sənaye zonalarında Çin şirkətlərinin daha fəal iştirakı, istehsalat və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat və logistika sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsinin ölkəmizin strateji maraqlarına uyğun olduğu və bu istiqamətdə tərəfdaşlıq layihələrinin reallaşdırılmasının vacibliyi vurğulanıb. H.Məmişov Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Qeyd olunub ki, xüsusilə ixracın diversifikasiyası və qeyri-neft sektorunda ticarət dövriyyəsinin artırılması qarşılıqlı münasibətlərin əsas inkişaf istiqamətlərindən biri kimi çıxış edir. MənbəREPORT TaglarAzərbaycan Maliyyə NazirliyiŞanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Son xəbərlər Yerli biznes xəbərləri Ağdam Sənaye Parkında Belarusla birgə istehsal müəssisəsi qurula bilər 05/05/2026 Texnologiya xəbərləri Azərbaycan Türkiyə ilə birlikdə “SİVRİSİNEK” adlı PUA istehsal edəcək 05/05/2026 Neft və Qaz Goldman Sachs: qlobal neft ehtiyatları dünya üzrə tələbatın 101 gününü qarşılayır 05/05/2026 Yerli biznes xəbərləri “Bakı Fəhləsi Maşınqayırma Zavodu”nun ötən il mənfəəti 4 dəfəyə yaxın azalıb 05/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Ağdam Sənaye Parkında Belarusla birgə istehsal müəssisəsi qurula bilər 05/05/2026 Texnologiya xəbərləri Azərbaycan Türkiyə ilə birlikdə “SİVRİSİNEK” adlı PUA istehsal edəcək 05/05/2026 Neft və Qaz Goldman Sachs: qlobal neft ehtiyatları dünya üzrə tələbatın 101 gününü qarşılayır 05/05/2026 Yerli biznes xəbərləri “Bakı Fəhləsi Maşınqayırma Zavodu”nun ötən il mənfəəti 4 dəfəyə yaxın azalıb 05/05/2026