"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub. "Report"un məlumatına görə, turnirin final seriyasının üçüncü oyununda "Abşeron Lions"u üstələyən "bayquşlar" 2025/2026 mövsümünün qızıl medallarına sahib çıxıblar. Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 108:95 hesablı qələbəsi ilə bitib. Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84. Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olur.