Qazaxıstan Rusiyadan enerji asılılığına son qoymaq istəyir Energetika 05/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Qazaxıstan 2027-ci ildən etibarən Rusiyadan elektrik enerjisi idxalından imtina edə bilər. Bu barədə Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov məlumat verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, ölkədə energetika güclərinin inkişafı nəticəsində enerji balansında yaranan kəsir tədricən aradan qaldırılır. Hazırda Qazaxıstanda elektrik enerjisi istehsalı ilə tələbat arasında fərq bu il üçün təxminən 1–1,2 milyard kilovat-saat səviyyəsində proqnozlaşdırılır. Bu göstəricinin 2027-ci ilə qədər sıfıra endirilməsi planlaşdırılır. Yesimxanov əlavə edib ki, 2024-cü ildə ölkədə elektrik enerjisi qıtlığı 2,1 milyard kilovat-saat, ötən il isə təxminən 1,5 milyard kilovat-saat təşkil edib. Məlumata görə, Rusiyanın “İnter RAO” şirkəti 2026-cı ilin yanvar–mart aylarında elektrik enerjisi ixracını 5,8 faiz artıraraq 2,12 milyard kilovat-saata çatdırıb. İxracın əsas hissəsi Qazaxıstan və Gürcüstanın payına düşüb. Eyni dövrdə elektrik enerjisi idxalı 3,7 faiz azalaraq 520 milyon kilovat-saata enib. Şirkətin bu ilin birinci rübündə gəliri 34,9 faiz artaraq 18,5 milyard rubl təşkil edib. İxracdan əldə olunan gəlir isə 43,3 faiz artımla 11,5 milyard rubla yüksəlib. MənbəMODERN.AZ Taglarelektrik enerjisiQazaxıstanRusiya Son xəbərlər Ölkə xarici Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini bildirib 05/05/2026 Nəqliyyat Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək 05/05/2026 Neft və Qaz Prezident: Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə – Almaniyaya və Avstriyaya çatıb 05/05/2026 Ölkə daxili İlham Əliyev Kaya Kallası qəbul edib 05/05/2026 Digər xəbərlər Ölkə xarici Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini bildirib 05/05/2026 Nəqliyyat Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək 05/05/2026 Neft və Qaz Prezident: Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə – Almaniyaya və Avstriyaya çatıb 05/05/2026 Ölkə daxili İlham Əliyev Kaya Kallası qəbul edib 05/05/2026