Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, mayın 8-10-da Qazaxıstanın paytaxtı Astanada "Böyük Dəbilqə" turniri keçiriləcək. "Report" xəbər verir ki, yarışda 7 çəki dərəcəsində Azərbaycanın 11 cüdoçusu (6 kişi, 5 qadın) mübarizə aparacaq. İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər. Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.