“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanılıb Ölkə daxili 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlayıb. Banker bu barədə Agentliyə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qurum xatırladıb ki, ölkə Prezidentinin 21.04.2026 tarixli fərmanı ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib – güzəştli ipoteka kreditini almaq və Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib. Müvafiq dəyişikliklə azı 3 il stajı olan hakimlər də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib. Dövlət başçısının fərmanını icra etmək məqsədilə MİDA “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparıb həmin kateqoriyaya uyğun olan hakimlərin təqdim etməli sənədləri müəyyənləşdirib. Sənədlərin siyahısı ilə mida.gov.az internet səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür. Həmin şəxslər bu gündən “SİMA Rəqəmsal İmza” ( https://sima.az/az ), “ASAN İmza” (https://asanimza.az/) və yaxud “SİMA Token” (Elektron İmza) (https://sima.az/az/token) istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər. Son xəbərlər Bank xəbərləri Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər 06/05/2026 Yerli biznes xəbərləri AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək 06/05/2026 Bank xəbərləri Mərkəzi Bankı faiz qərarını açıqladı 06/05/2026 Neft və Qaz Səudiyyə Ərəbistanı iyun ayı üçün neft qiymətlərini rekord səviyyəyə endirib 06/05/2026 Digər xəbərlər Bank xəbərləri Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər 06/05/2026 Yerli biznes xəbərləri AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək 06/05/2026 Bank xəbərləri Mərkəzi Bankı faiz qərarını açıqladı 06/05/2026 Neft və Qaz Səudiyyə Ərəbistanı iyun ayı üçün neft qiymətlərini rekord səviyyəyə endirib 06/05/2026