İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Ölkə daxili 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Banker.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlandı, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirildi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulandı. Bankın Azərbaycanda iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edildi. Bu xüsusda vurğulandı ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard ABŞ dollarından çox vəsait ayrılıb. Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək İllik toplantılarına hazırlıq məsələləri müzakirə olundu. Qonaq Ələt Azad İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirdi. Söhbət zamanı Azərbaycanla bank arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Son xəbərlər Yerli biznes xəbərləri Baku Steel Company Xalça Festivalında polad sənətini təqdim etdi 06/05/2026 Bank xəbərləri Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir 06/05/2026 İnvestisiya “Cisco” İsrailin “Astrix Security” startapını $400 milyona alır 06/05/2026 Nəqliyyat Bu maşınlar ucuz qiymətə satılır — SİYAHI 06/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Baku Steel Company Xalça Festivalında polad sənətini təqdim etdi 06/05/2026 Bank xəbərləri Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir 06/05/2026 İnvestisiya “Cisco” İsrailin “Astrix Security” startapını $400 milyona alır 06/05/2026 Nəqliyyat Bu maşınlar ucuz qiymətə satılır — SİYAHI 06/05/2026