PAŞA Bank “ZirvədəSən” təcrübə proqramı üzrə qeydiyyata başladı Bank xəbərləri 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün “ZirvədəSən” təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsində iştirakçılar seçdikləri sahə üzrə təcrübə keçəcək və korporativ iş mühiti ilə yaxından tanış olacaqlar. Bankın təqdim etdiyi bu təcrübə proqramı 3 aylıq müddəti əhatə edir. Təcrübə müddətində iştirakçılar təlim və mentorluq dəstəyi əldə edəcək və aylıq ödənişlə təmin olunacaqlar. Proqramı uğurla tamamlayan təcrübəçilər PAŞA Bank-da karyera qurmaq imkanı qazanacaqlar.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, son qeydiyyat tarixi 15 may 2026-cı ildir. Karyerada zirvəyə doğru ilk addımı atmaq istəyənlər linkə keçid edə bilərlər. PAŞA Bank fəaliyyətə başladığı gündən insan kapitalının inkişafını, biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bank gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrə imza atmağa davam edəcək. TaglarPAŞA Bank Son xəbərlər Yerli biznes xəbərləri Baku Steel Company Xalça Festivalında polad sənətini təqdim etdi 06/05/2026 Bank xəbərləri Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir 06/05/2026 Ölkə daxili İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 06/05/2026 İnvestisiya “Cisco” İsrailin “Astrix Security” startapını $400 milyona alır 06/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Baku Steel Company Xalça Festivalında polad sənətini təqdim etdi 06/05/2026 Bank xəbərləri Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir 06/05/2026 Ölkə daxili İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 06/05/2026 İnvestisiya “Cisco” İsrailin “Astrix Security” startapını $400 milyona alır 06/05/2026