Bu ilin mart-aprel aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta hərraca keçirməyib. "Report" xəbər verir ki, bunu AMB-nin Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Buna səbəb valyuta bazarında təklifin tələbi üstələməsidir. Odur ki, biz apreldə bazara 1 milyard ABŞ dolları məbləğində alışyönümlü müdaxilə etdik. Biz dedollarlaşma proseslərinin davamını müşahidə edirik. Mart ayının nəticələrinə əsasən dollarlaşma səviyyəsi rezident fiziki şəxslərin əmanətlərində 37-38 %-ə düşüb. Bu isə ilin əvvəlinə nisbətən 2,1 faiz bəndi azalma deməkdir. Ümumiyyətlə həm nağd bazarda, həm qeyri-nağd valyuta bazarında biz əhalinin manata inamının artmasını, gözləntilərin sabit olmasını müşahidə edirik", - deyə o qeyd edib.