Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub Bank xəbərləri 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə VI Autizm Festivalında sponsor qismində çıxış edərək inklüziv cəmiyyətə dəstəyini nümayiş etdirib. Festivalın əsas məqsədi autizm spektrində olan fərdlərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və ictimai maarifləndirməni artırmaq olub. Tədbir boyu autizm spektrli uşaq və gənclərin müxtəlif əl işləri nümayiş etdirilib, onların yaradıcılıq potensialını və bacarıqlarını ön plana çıxaran müxtəlif fəaliyyətlər həyata keçirilib. Şəhər sakinlərinin və qonaqların böyük maraq göstərdiyi festivalda rəngarəng proqramlar vasitəsilə autizmlə bağlı məlumatlılığın artırılması diqqət mərkəzində saxlanılıb. Expressbank hər bir fərdin cəmiyyətdə bərabərhüquqlu və aktiv iştirakını dəstəkləməklə yanaşı, daha həssas və qayğıkeş mühitin formalaşmasına xidmət edən bu təşəbbüsə qoşulmaqla sosial məsuliyyət sahəsindəki ardıcıl fəaliyyətini növbəti addımı ilə möhkəmləndirib. Bank bu kimi layihələrə dəstək olmağı sadəcə xeyirxahlıq missiyası kimi deyil, həm də gələcək nəsillərə ötürüləcək daha bərabərhüquqlu və inklüziv mühitin təməllərini qoymaq olaraq qiymətləndirir. Qeyd edək ki, Expressbankın təşəbbüsü ilə aprel ayında “Autizm Maarifləndirmə Aylığı” ilə əlaqədar olaraq Azərbaycan Autizm Assosiasiyasının mütəxəssis heyətinin dəstəyilə Bankın əməkdaşları üçün “Autizmli şəxslərlə davranış etikası” mövzusunda təlim keçirilmişdir. Bank bu addımı ilə inklüziv cəmiyyətin qurulmasına töhfə verməyə və autizm spektrində olan fərdlərə qarşı daha həssas yanaşmanın təşviqinə, ilk növbədə, daxildən başladığını ifadə edir. “Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. TaglarExpressbank Son xəbərlər Yerli biznes xəbərləri “AzerGold” QSC-də Esvatini Krallığının ölkəmizdəki səfiri ilə görüş keçirilib 06/05/2026 Maliyyə xəbərləri Qlobal Daxili Audit Standartları artıq Azərbaycan dilində 06/05/2026 Bank xəbərləri Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin 06/05/2026 Bank xəbərləri Bankda səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? – Ali Məhkəmədən mühüm qərar 06/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “AzerGold” QSC-də Esvatini Krallığının ölkəmizdəki səfiri ilə görüş keçirilib 06/05/2026 Maliyyə xəbərləri Qlobal Daxili Audit Standartları artıq Azərbaycan dilində 06/05/2026 Bank xəbərləri Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin 06/05/2026 Bank xəbərləri Bankda səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? – Ali Məhkəmədən mühüm qərar 06/05/2026