Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. "Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bu sektora da tənzimləmə gətiriləcək, sadəcə normativ-hüquqi bazanın razılaşdırılması müəyyən vaxt tələb edir", - deyə o qeyd edib.