“AzerGold” QSC-də Esvatini Krallığının ölkəmizdəki səfiri ilə görüş keçirilib Yerli biznes xəbərləri 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Esvatini Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulu ilə görüş keçirib. Görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq imkanlarını müzakirə ediblər. Zakir İbrahimov bildirib ki, Azərbaycan geniş və güclü beynəlxalq əlaqələrə malikdir və bu gün dünyanın bir çox aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq müqavilələri imzalayan azsaylı dövlətlərdən biridir. Uzun illər boyu zəngin neft və qaz ehtiyatları ilə tanınan ölkəmiz daxili enerji tələbatını tam şəkildə təmin edir və eyni zamanda enerji sahəsində ixrac potensialını davamlı olaraq gücləndirir. Bu isə ölkənin təkcə regional deyil, həm də tədricən qlobal miqyasda aparıcı güclərdən birinə çevrildiyini göstərir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İdarə Heyəti sədrinin sözlərinə görə, neft və qaz ehtiyatlarının mövcudluğu Azərbaycana müdrik iqtisadi qərarlar qəbul etməyə və müxtəlif sahələrə investisiya yatırmağa imkan verib. Bu prioritet istiqamətlər sırasında dağ-mədən sahəsi də mühüm yer tutur. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə dağ-mədən sənayesinin inkişafı istiqamətində həyata keçirilən iqtisadi islahatlar, məqsədyönlü və müdrik qərarlar nəticəsində iqtisadiyyatımızın digər sahələri kimi dağ-mədən sahəsi də qısa müddət ərzində ciddi nailiyyətlərə çata bilib. Zakir İbrahimov sözügedən inkişaf fonunda rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr və qeyri-neft sektorunun inkişafına verdiyi töhfələr barədə məlumat verib. Bildirilib ki, “AzerGold” QSC hazırda qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətləri sırasında ön sıralarda yer alır və şirkətin maliyyə göstəriciləri ildən-ilə müsbət dinamika nümayiş etdirir. Səfir Sibusisive Mnqomezulu Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. O, xüsusilə mədənçilik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb. Diplomat Esvatinin zəngin mineral xammal ehtiyatlarına malik olduğunu bildirərək, bu resursların öyrənilməsi və səmərəli idarə olunması istiqamətində “AzerGold” QSC-nin qabaqcıl təcrübəsinin əhəmiyyətini qeyd edib. Zakir İbrahimov ilkin mərhələdə mineral resursların yerləşdiyi ərazilərdə dəqiq xəritələalma işlərinin aparılmasının və ehtiyatların düzgün qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, müasir geoloji-kəşfiyyat metodlarının tətbiqi, rəqəmsal texnologiyalardan istifadə səmərəliliyin artırılmasına xidmət edir. Qeyd olunub ki, “AzerGold” QSC geoloji tədqiqatların innovativ və ekoloji baxımdan təhlükəsiz texnologiyalar əsasında həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Həmçinin vurğulanıb ki, qeyri-invaziv axtarış metodları perspektivli sahələrin daha qısa müddətdə müəyyənləşdirilməsinə və yüksək xərc tələb edən buruqqazma işlərinə əhəmiyyətli qənaət edilməsinə imkan yaradır. Sədr şirkətin bu sahədə topladığı təcrübəni bölüşməyə hazır olduğunu bildirib. Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apararaq, əməkdaşlıq imkanlarının müəyyən edilməsi məqsədilə məlumatların mübadiləsi, o cümlədən tərəflər arasında Anlaşma Memorandumunun hazırlanması istiqamətində işlərin aparılması barədə razılığa gəliblər. TaglarAzerGold Son xəbərlər Bank xəbərləri Azərbaycanda maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq 06/05/2026 Maliyyə xəbərləri Qlobal Daxili Audit Standartları artıq Azərbaycan dilində 06/05/2026 Bank xəbərləri Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub 06/05/2026 Bank xəbərləri Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin 06/05/2026 Digər xəbərlər Bank xəbərləri Azərbaycanda maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq 06/05/2026 Maliyyə xəbərləri Qlobal Daxili Audit Standartları artıq Azərbaycan dilində 06/05/2026 Bank xəbərləri Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub 06/05/2026 Bank xəbərləri Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin 06/05/2026