Financial Times: Qlobal neft ehtiyatları apreldə rekord 200 mln. barel azalıb Neft və Qaz 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Dünyada neft ehtiyatları apreldə İran ətrafındakı münaqişə fonunda təklifin azalması səbəbindən 200 milyon barel azalıb. Bu, COVID-19 pandemiyasından bəri qeydə alınan ən böyük göstərici olub. Bu barədə “Financial Times” “S&P Global Energy” analitika şirkətinin məlumatlarına istinadən yazıb. Məlumata görə, gündəlik tələbatın təxminən 5 milyon barel azalmasına baxmayaraq, apreldə qlobal neft ehtiyatları kəskin şəkildə azalıb. “Bu, adi göstəricidən qat-qat yüksək olan nəhəng rəqəmdir”, — deyə şirkətin neft araşdırmaları şöbəsinin rəhbəri Cim Burkhard bildirib. O qeyd edib ki, normal şəraitdə dünya ehtiyatları ay ərzində bir neçə yüz min ilə 1 milyon barel arasında dəyişir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Burkhardın sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən qlobal bazar 1 mlrd barel neft itirib və təklifin azalması yanacağa tələbatın düşməsindən daha sürətli baş verir. O bildirib ki, hazırda dünya üzrə neft ehtiyatları təxminən 4 milyon barel təşkil edir, lakin onların böyük hissəsi neft emalı zavodları və boru kəmərlərinin fəaliyyətini təmin etmək üçün istifadə olunur. Bundan əvvəl dünyanın ən iri investisiya banklarından biri olan “Goldman Sachs” bildirmişdi ki, Hörmüz boğazı vasitəsilə tədarüklərin məhdudlaşdırılması səbəbindən dünya üzrə hasil edilmiş neft ehtiyatları son səkkiz ilin minimum səviyyəsinə yaxınlaşır. Bankın qiymətləndirməsinə görə, qlobal neft ehtiyatları mövcud istehlak səviyyəsi ilə cəmi 101 gün kifayət edəcək və bu göstərici mayın sonuna qədər 98 günə düşə bilər. Taglarneft Son xəbərlər Ölkə daxili Qubanın 3 kəndinin adı dəyişdirilir 06/05/2026 Energetika “Nəvahi” və “Şəfəq” YS-ları üçün 13.3 milyon manat ayrılır 06/05/2026 Ölkə xarici “Axios”: ABŞ-la İran razılaşmaya yaxındır, detallar məlum olu 06/05/2026 Ölkə xarici Simonyan Bakıya getməyə hazır olduğunu deyib, Sahibə Qafarovanı isə Ermənistana dəvət edib 06/05/2026 Digər xəbərlər Ölkə daxili Qubanın 3 kəndinin adı dəyişdirilir 06/05/2026 Energetika “Nəvahi” və “Şəfəq” YS-ları üçün 13.3 milyon manat ayrılır 06/05/2026 Ölkə xarici “Axios”: ABŞ-la İran razılaşmaya yaxındır, detallar məlum olu 06/05/2026 Ölkə xarici Simonyan Bakıya getməyə hazır olduğunu deyib, Sahibə Qafarovanı isə Ermənistana dəvət edib 06/05/2026