“Axios”: ABŞ-la İran razılaşmaya yaxındır, detallar məlum olu Ölkə xarici 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı detallar məlum olub. “Axios”un xəbərinə görə, plan müharibənin rəsmi olaraq başa çatdığını və 30 günlük danışıqlar prosesini başlatmağı nəzərdə tutur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bu müddətdə Hörmüz boğazının açılması, İranın nüvə proqramının məhdudlaşdırılması və ABŞ sanksiyalarının yumşaldılması məsələləri üzrə razılaşma əldə olunmağa çalışılacaq. Sənədə görə, ABŞ İranın uranın zənginləşdirilməsinə ən azı 12 il müddətinə moratorium tətbiq etməsini tələb edir. Sənəddə, həmçinin bu müddətin pozulması halında moratoriumun uzadılmasının mümkünlüyü də nəzərdə tutulur. Danışıqların sonunda İrana yalnız dinc məqsədlər üçün uranı 3.67%-ə qədər zənginləşdirməyə icazə verilməsi, nüvə silahı əldə etməmək öhdəliyinin qəbul edilməsi və BMT tərəfindən genişləndirilmiş yoxlamalara, o cümlədən “snap inspection” mexanizminə razılıq verməsi planlaşdırılır. Məlumata görə, İranın mövcud yüksək zənginləşdirilmiş uran ehtiyatını çıxarması da müzakirə olunur. Danışıqlarda həmin materialın ABŞ-a daşınması variantı da gündəmdədir. Plan çərçivəsində danışıqlar davam etdiyi müddətdə ABŞ və İranın Hörmüz boğazında əməliyyatlarını mərhələli şəkildə yumşaldacağı, gəmiçiliyin və İran limanları vasitəsilə ticarətin bərpa olunacağı bildirilir. Lakin razılaşma pozularsa və ya nəticə verməzsə, ABŞ-ın yenidən blokada tətbiq edə biləcəyi və ya hərbi əməliyyatları bərpa edə biləcəyi qeyd olunur. “Axios”un mənbələri vurğulayır ki, hələ heç nə razılaşdırılmayıb, lakin hazırkı mərhələ müharibənin başlanmasından bəri tərəflərin ən yaxın olduğu proses hesab olunur. Son xəbərlər Ölkə daxili Qubanın 3 kəndinin adı dəyişdirilir 06/05/2026 Energetika “Nəvahi” və “Şəfəq” YS-ları üçün 13.3 milyon manat ayrılır 06/05/2026 Neft və Qaz Financial Times: Qlobal neft ehtiyatları apreldə rekord 200 mln. barel azalıb 06/05/2026 Ölkə xarici Simonyan Bakıya getməyə hazır olduğunu deyib, Sahibə Qafarovanı isə Ermənistana dəvət edib 06/05/2026 Digər xəbərlər Ölkə daxili Qubanın 3 kəndinin adı dəyişdirilir 06/05/2026 Energetika “Nəvahi” və “Şəfəq” YS-ları üçün 13.3 milyon manat ayrılır 06/05/2026 Neft və Qaz Financial Times: Qlobal neft ehtiyatları apreldə rekord 200 mln. barel azalıb 06/05/2026 Ölkə xarici Simonyan Bakıya getməyə hazır olduğunu deyib, Sahibə Qafarovanı isə Ermənistana dəvət edib 06/05/2026