Neftin qiyməti ABŞ və İran arasında razılaşma gözləntiləri fonunda $100-dən aşağı düşüb Neft və Qaz 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Brent markalı neftin qiyməti bir barel üçün $100-dən aşağı enib. Londonun ICE Futures birjasında iyul fyuçerslərinin qiyməti mayın 6-da keçirilən hərraclarda 9,36% azalaraq bir barel üçün $99,59 təşkil edib. Bunu ticarət məlumatları göstərir. “Reuters” qeyd edir ki, Yaxın Şərqin əsas neft hasil edən regionundan tədarüklərin tezliklə bərpa olunacağı gözləntiləri səbəbindən neft kotirovkaları enməkdə davam edir. Bu gözləntilər ABŞ prezidenti Donald Trampın İranla müharibəyə son qoya biləcək sülh sazişinin əldə oluna biləcəyini bildirməsindən sonra daha da güclənib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Axios” nəşri yazıb ki, ABŞ və İran Yaxın Şərqdə münaqişənin dayandırılmasını təsbit edəcək və nüvə proqramı üzrə gələcək danışıqların çərçivəsini müəyyənləşdirəcək qısa anlaşma memorandumunun imzalanmasına yaxındır. Nəşrin mənbələrinin məlumatına görə, Ağ Ev yaxın 48 saat ərzində İranın əsas müddəalara cavabını gözləyir. Sənəd layihəsi İranın uranı zənginləşdirməsinin dayandırılmasını, ABŞ sanksiyalarının mərhələli şəkildə ləğvini və İranın dondurulmuş vəsaitlərinin bir hissəsinin açılmasını nəzərdə tutur. Həmçinin Hörmüz boğazı vasitəsilə gəmiçiliyə qoyulan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması və regionda hərbi gərginliyin azaldılması müzakirə olunur. Taglarneft Son xəbərlər Kapital bazarı Bakı Fond Birjası tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib 06/05/2026 Energetika Xocavəndin 11 kəndində elektrik şəbəkəsi tam yenidən qurulur – 12 milyonluq layihə 06/05/2026 İnvestisiya Avropa səhmləri Fars körfəzində sülh sazişi ilə bağlı artan nikbinlik fonunda kəskin bahalaşıb 06/05/2026 Energetika Morgan Stanley: ABŞ-də benzin ehtiyatları tarixi minimuma enəcək 06/05/2026 Digər xəbərlər Kapital bazarı Bakı Fond Birjası tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib 06/05/2026 Energetika Xocavəndin 11 kəndində elektrik şəbəkəsi tam yenidən qurulur – 12 milyonluq layihə 06/05/2026 İnvestisiya Avropa səhmləri Fars körfəzində sülh sazişi ilə bağlı artan nikbinlik fonunda kəskin bahalaşıb 06/05/2026 Energetika Morgan Stanley: ABŞ-də benzin ehtiyatları tarixi minimuma enəcək 06/05/2026