Morgan Stanley: ABŞ-də benzin ehtiyatları tarixi minimuma enəcək Energetika 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-də benzin ehtiyatları avqustun sonuna qədər idxalın azalması və ölkənin neft emalı zavodlarında emal həcmlərinin dəyişməsi fonunda tarixi minimum olan 198 milyona barelə düşəcək. Bu barədə dünyanın ən iri investisiya banklarından biri olan “Morgan Stanley”in hesabatında deyilir. Korporasiyanın analitikləri proqnozlaşdırırlar ki, avqust ayında ABŞ-də benzin ehtiyatları 2022-ci ildə qeydə alınmış əvvəlki yay minimumundan da aşağı olacaq. “Morgan Stanley” vurğulayır ki, Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılmasının nəticələri ABŞ benzin bazarına getdikcə daha çox təsir göstərir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bununla yanaşı, apreldə Avropadan tədarük həcmi kritik aşağı səviyyəyə enib və ekspertlərin proqnozuna görə, may ayında bu göstərici orta hesabla 3–4 milyon bareldən xeyli aşağı olacaq. Yanacaq çatışmazlığı vəziyyətini ABŞ neft emalı müəssisələrinin fəaliyyəti daha da ağırlaşdırır. Belə ki, onlar daha yüksək mənfəət marjasına görə benzin əvəzinə dizel və aviasiya yanacağının istehsalına üstünlük verməyə davam edirlər. Son xəbərlər Kapital bazarı Bakı Fond Birjası tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib 06/05/2026 Neft və Qaz Neftin qiyməti ABŞ və İran arasında razılaşma gözləntiləri fonunda $100-dən aşağı düşüb 06/05/2026 Energetika Xocavəndin 11 kəndində elektrik şəbəkəsi tam yenidən qurulur – 12 milyonluq layihə 06/05/2026 İnvestisiya Avropa səhmləri Fars körfəzində sülh sazişi ilə bağlı artan nikbinlik fonunda kəskin bahalaşıb 06/05/2026 Digər xəbərlər Kapital bazarı Bakı Fond Birjası tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib 06/05/2026 Neft və Qaz Neftin qiyməti ABŞ və İran arasında razılaşma gözləntiləri fonunda $100-dən aşağı düşüb 06/05/2026 Energetika Xocavəndin 11 kəndində elektrik şəbəkəsi tam yenidən qurulur – 12 milyonluq layihə 06/05/2026 İnvestisiya Avropa səhmləri Fars körfəzində sülh sazişi ilə bağlı artan nikbinlik fonunda kəskin bahalaşıb 06/05/2026