“AzInTelecom” GITEX AI 2026 qlobal müzakirələrində – Fotolar Telekommunikasiya 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC regionun ən böyük texnologiya və süni intellekt tədbirlərindən biri – GITEX AI 2026-da iştirak edib. Qazaxıstanın Almatı şəhərində keçirilən tədbir süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar sahəsində qlobal ekspertləri bir araya gətirib. “AzInTelecom” tədbirdə stendlə təmsil olunaraq şirkətin qabaqcıl texnoloji həllərini və rəqəmsal xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkətin tədbirdə iştirakının əsas məqsədi beynəlxalq texnologiya ekosistemində mövqeyini gücləndirmək, strateji tərəfdaşlıqları genişləndirmək, eləcə də rəqəmsal həllərini qlobal bazarda tanıtmaq olub. Tədbir zamanı “AzInTelecom” baş direktorunun müşaviri Fərid İsmayılzadə panel müzakirələrdə çıxış edərək dövlət və biznes üçün rəqəmsal etimadın əhəmiyyətindən danışıb. O, saxta kimliklərə qarşı biometrik texnologiyaların vacibliyini və blokçeyn əsaslı maliyyə əməliyyatlarının etibarlılığını vurğulayıb. Şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev isə Azərbaycanda “Lenovo” ilə tərəfdaşlıq çərçivəsində NVIDIA çipləri ilə təchiz edilmiş ilk Superkompüter Mərkəzinin yaradılmasının strateji əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edək ki, tədbir çərçivəsində “AzInTelecom” və “Gcore” şirkətlərinin birgə təşkilatçılığı ilə stenddə interaktiv vorkşop keçirilib. Vorkşopun sonunda təşkil olunan viktorinada qalib gələn iştirakçıya şirkətin ictimai bulud platforması olan “AZINCLOUD” xidmətlərindən istifadə üçün 1000 manatlıq vauçer təqdim edilib. Əlavə 2 iştirakçı isə müxtəlif hədiyyələr qazanıb. TaglarAzInTelecom Son xəbərlər Kapital bazarı Bakı Fond Birjası tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib 06/05/2026 Neft və Qaz Neftin qiyməti ABŞ və İran arasında razılaşma gözləntiləri fonunda $100-dən aşağı düşüb 06/05/2026 Energetika Xocavəndin 11 kəndində elektrik şəbəkəsi tam yenidən qurulur – 12 milyonluq layihə 06/05/2026 İnvestisiya Avropa səhmləri Fars körfəzində sülh sazişi ilə bağlı artan nikbinlik fonunda kəskin bahalaşıb 06/05/2026 Digər xəbərlər Kapital bazarı Bakı Fond Birjası tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib 06/05/2026 Neft və Qaz Neftin qiyməti ABŞ və İran arasında razılaşma gözləntiləri fonunda $100-dən aşağı düşüb 06/05/2026 Energetika Xocavəndin 11 kəndində elektrik şəbəkəsi tam yenidən qurulur – 12 milyonluq layihə 06/05/2026 İnvestisiya Avropa səhmləri Fars körfəzində sülh sazişi ilə bağlı artan nikbinlik fonunda kəskin bahalaşıb 06/05/2026