Avstraliya yanacaq ehtiyatlarının artırılmasına $7,25 milyarddan çox vəsait ayırır Energetika 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Avstraliyanın Baş naziri Entoni Albanese ölkəni hazırkı enerji böhranının təsirlərindən qorumaq məqsədilə yanacaq ehtiyatlarının artırılması üçün 10 milyard Avstraliya dollarından (təxminən 7,25 milyard ABŞ dolları) çox vəsait ayrılacağını elan edib. Bu barədə ABC telekanalı məlumat yayıb. Tədbirlər paketi yanacaq şirkətlərinin daha çox enerji resursu alıb ehtiyat toplaması üçün kredit və sığorta maliyyələşdirilməsini nəzərdə tutur. Həmçinin 1 milyard litr dizel və aviasiya yanacağı həcmində dövlət fövqəladə yanacaq ehtiyatının yaradılması planlaşdırılır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hazırda Avstraliyada idxalçılar və emal müəssisələri 20–32 günlük ehtiyacı qarşılayacaq həcmdə fövqəladə yanacaq ehtiyatı saxlamağa borcludur. Hökumət indi bu tələbi dizel və aviasiya yanacağı üçün 50 günə, benzin üçün isə 37 günə qədər artırmaq istəyir. TaglarAvstraliya Son xəbərlər Kapital bazarı Bakı Fond Birjası tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib 06/05/2026 Neft və Qaz Neftin qiyməti ABŞ və İran arasında razılaşma gözləntiləri fonunda $100-dən aşağı düşüb 06/05/2026 Energetika Xocavəndin 11 kəndində elektrik şəbəkəsi tam yenidən qurulur – 12 milyonluq layihə 06/05/2026 İnvestisiya Avropa səhmləri Fars körfəzində sülh sazişi ilə bağlı artan nikbinlik fonunda kəskin bahalaşıb 06/05/2026 Digər xəbərlər Kapital bazarı Bakı Fond Birjası tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib 06/05/2026 Neft və Qaz Neftin qiyməti ABŞ və İran arasında razılaşma gözləntiləri fonunda $100-dən aşağı düşüb 06/05/2026 Energetika Xocavəndin 11 kəndində elektrik şəbəkəsi tam yenidən qurulur – 12 milyonluq layihə 06/05/2026 İnvestisiya Avropa səhmləri Fars körfəzində sülh sazişi ilə bağlı artan nikbinlik fonunda kəskin bahalaşıb 06/05/2026