Azərbaycanda dövlət qurumu ləğv edildi Ölkə daxili 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib. Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir. Ədliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Qeyd edək ki, qurumun ləğv edilməsi ilə bağlı qərar aprelin 29-dan qüvvəyə minib. MənbəTREND TaglarCabbar MusayevNaxçıvan Son xəbərlər Nəqliyyat Paytaxtda yeni dairəvi yollar qurulacaq 06/05/2026 Neft və Qaz “Bloomberg”: OPEC-in neft hasilatı 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb 06/05/2026 Nəqliyyat Mərkəzi Bank: Nəqliyyatda kartdan əlavə məbləğ çıxılması iddiaları araşdırılacaq 06/05/2026 Ölkə daxili Baş nazir qazla bağlı yeni qərar imzaladı 06/05/2026 Digər xəbərlər Nəqliyyat Paytaxtda yeni dairəvi yollar qurulacaq 06/05/2026 Neft və Qaz “Bloomberg”: OPEC-in neft hasilatı 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb 06/05/2026 Nəqliyyat Mərkəzi Bank: Nəqliyyatda kartdan əlavə məbləğ çıxılması iddiaları araşdırılacaq 06/05/2026 Ölkə daxili Baş nazir qazla bağlı yeni qərar imzaladı 06/05/2026