Mərkəzi Bank: Nəqliyyatda kartdan əlavə məbləğ çıxılması iddiaları araşdırılacaq Nəqliyyat 06/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankı ictimai nəqliyyatda kartla ödəniş zamanı əlavə vəsaitin çıxılması ilə bağlı yayılan iddialara aydınlıq gətirib. Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, kartdan əslində əlavə pul çıxılmır, sadəcə sistem balansın mövcud olub-olmadığını yoxlayır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Əgər sərnişin kartda kifayət qədər vəsait olmadan ödəniş edərsə, sonradan karta pul yükləndikdə sistem həmin borclu məbləği tutmağa cəhd edir. Lakin bu məbləğ faktiki olaraq çıxılmır”, – sədr bildirib. O qeyd edib ki, bəzi hallarda sərnişinlər kartda vəsait olmadan nəqliyyatdan istifadə etdikdən sonra düşürlər, amma sistem sonradan kartda vəsaitin olub-olmadığını təkrar yoxlayır. Sədr vurğulayıb ki, məsələ “Visa”, “Mastercard” kimi beynəlxalq ödəniş sistemləri ilə deyil, ödənişləri təmin edən maliyyə institutları ilə bağlıdır. Eyni zamanda istisna edilməyib ki, bəzi hallarda vətəndaşlar vəziyyəti düzgün başa düşməyə bilər və ya texniki nasazlıq baş verə bilər. “Əgər kartdan əsassız vəsait çıxılıbsa, bu hallar araşdırılacaq və banklar həmin məbləği müştərilərə geri qaytarmalıdırlar”, – sədr vurğulayıb. MənbəTREND TaglarAzərbaycan Mərkəzi Bankı (AMB)ictimai nəqliyyatda kartla ödənişTaleh Kazımov Son xəbərlər Nəqliyyat Paytaxtda yeni dairəvi yollar qurulacaq 06/05/2026 Neft və Qaz “Bloomberg”: OPEC-in neft hasilatı 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb 06/05/2026 Ölkə daxili Azərbaycanda dövlət qurumu ləğv edildi 06/05/2026 Ölkə daxili Baş nazir qazla bağlı yeni qərar imzaladı 06/05/2026 Digər xəbərlər Nəqliyyat Paytaxtda yeni dairəvi yollar qurulacaq 06/05/2026 Neft və Qaz “Bloomberg”: OPEC-in neft hasilatı 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb 06/05/2026 Ölkə daxili Azərbaycanda dövlət qurumu ləğv edildi 06/05/2026 Ölkə daxili Baş nazir qazla bağlı yeni qərar imzaladı 06/05/2026