Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək oldu Bank xəbərləri 07/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Ziraat Bank Azərbaycanın dəstəyi, Women Bankers Club-un təşkilatçılığı ilə “Human vs AI: Competition or Cooperation?” mövzusunda tədbir keçirilib. 5 may tarixində ADA Universitetində keçirilən tədbirdə müxtəlif banklarda çalışan xanım bankirlər və universitetin tələbələri iştirak ediblər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Xanım bankirlərin və ADA universitetinin tələbələrinin bir araya gəldiyi təcrübə mübadiləsinin əsas məqsədi süni intellektin gələcək iş həyatına, bankçılıq sektoruna və insan resurslarına təsiri ilə bağlı fikir mübadiləsinin aparılması olub. Tədbirin açılışında çıxış edən Ziraat Bank Azərbaycanın İdarə Heyətinin Sədri Dr. Selçuk Demir texnologiyanın sürətli inkişafı fonunda insan amilinin əhəmiyyətini vurğulayaraq, süni intellektin rəqabətdən daha çox əməkdaşlıq modeli çərçivəsində dəyərləndirilməsinin vacibliyini qeyd edib. Panel müzakirələrində Ziraat Bank Azərbaycan İnsan Resursları və Performansın İdarə Edilməsi Departamentinin direktoru Firuzə Məmmədova, Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova, eləcə də Kapital Bankın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə baş inzibatçı Fərqanə Məmmədova spiker qismində çıxış edərək süni intellektin insan resursları və gələcəyin iş mühiti üzərində təsirləri ilə bağlı fikirlərini bölüşüblər. Panel müzakirələri zamanı süni intellektin bankçılıq, təhsil və biznes mühitində yaratdığı imkanlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirin sonunda ADA Universitetinin tələbələri tərəfindən ünvanlanan suallar spikerlər tərəfindən cavablandırılıb. “Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. TaglarZiraat Bank Azərbaycan Son xəbərlər Avto xəbərlər “Azərmaş” avtomobil istehsal və satışların gücləndirmək üçün ölkədə $10 milyonluq borc axtarır 07/05/2026 Digər xəbərlər Bakıda Təbriz küçəsindəki abadlıq işlərinə 27.3 milyon manat xərclənəcək 07/05/2026 Neft və Qaz “Brent” 5%-dən çox ucuzlaşıb 07/05/2026 Aqrarbiznes Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib” 07/05/2026 Digər xəbərlər Avto xəbərlər “Azərmaş” avtomobil istehsal və satışların gücləndirmək üçün ölkədə $10 milyonluq borc axtarır 07/05/2026 Digər xəbərlər Bakıda Təbriz küçəsindəki abadlıq işlərinə 27.3 milyon manat xərclənəcək 07/05/2026 Neft və Qaz “Brent” 5%-dən çox ucuzlaşıb 07/05/2026 Aqrarbiznes Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib” 07/05/2026