Mask il ərzində rekord $10 milyard vergi ödəyib Biznes 07/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “SpaceX” şirkətinin qurucusu İlon Mask bir il ərzində 10 milyard dollar vergi ödədiyini bildirib. Dünyanın ən varlı şəxsi bu barədə “X” sosial şəbəkəsində yazıb. “Bir il ərzində 10 milyard dollar vergi ödəmişəm — bu, tarixdə hər kəsdən çoxdur”, — deyə Mask qeyd edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Maskın sözlərinə görə, vəfatından sonra onun əmlakına əlavə olaraq 40%-lik vergi tətbiq olunacaq. O hesab edir ki, ümumilikdə “trilyonlarla dollar vergi” ödənilməli olacaq. Bundan əvvəl milyarder bildirib ki, bir dəfə o qədər böyük məbləğdə vergi ödəyib ki, bu, ABŞ Vergi Xidmətinin (IRS) kompüter sistemində nasazlıq yaradıb. “Məlumatları emal etmək üçün proqram təminatını yeniləmək lazım gəldi”, — deyə biznesmen əlavə edib və rəqəmlərin “həddindən artıq böyük” olduğunu vurğulayıb. “Forbes” jurnalının mart ayında dərc etdiyi reytinqə əsasən, İlon Mask ardıcıl ikinci ildir dünyanın ən varlı insanları siyahısına başçılıq edir. Nəşrin məlumatına görə, onun sərvəti 839 milyard dollar qiymətləndirilir ki, bu da ötənilki göstəricidən (342 milyard dollar) iki dəfədən çoxdur. İkinci və üçüncü yerləri Larri Peyc və Sergey Brin tutublar — onların sərvəti müvafiq olaraq 257 milyard və 237 milyard dollar təşkil edir. Dördüncü sırada isə Ceff Bezos qərarlaşıb — onun sərvəti 224 milyard dollar olaraq qiymətləndirilir. Taglarİlon Mask Son xəbərlər Avto xəbərlər “Azərmaş” avtomobil istehsal və satışların gücləndirmək üçün ölkədə $10 milyonluq borc axtarır 07/05/2026 Digər xəbərlər Bakıda Təbriz küçəsindəki abadlıq işlərinə 27.3 milyon manat xərclənəcək 07/05/2026 Neft və Qaz “Brent” 5%-dən çox ucuzlaşıb 07/05/2026 Aqrarbiznes Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib” 07/05/2026 Digər xəbərlər Avto xəbərlər “Azərmaş” avtomobil istehsal və satışların gücləndirmək üçün ölkədə $10 milyonluq borc axtarır 07/05/2026 Digər xəbərlər Bakıda Təbriz küçəsindəki abadlıq işlərinə 27.3 milyon manat xərclənəcək 07/05/2026 Neft və Qaz “Brent” 5%-dən çox ucuzlaşıb 07/05/2026 Aqrarbiznes Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib” 07/05/2026