Əmək Məcəlləsinə dəyişiklik: Eyni vəzifəyə görə fərqli maaş ödənilməsi qadağan edilir Ölkə daxili 07/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Gender bərabərliyinin təmin olunması məqsədilə işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilib. Banker xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Dəyişikliyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməlidir. Müvafiq olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna olunan dəyişikliyə əsasən, 9.1-ci maddə yeni redaksiyada verilib. Beləliklə, işəgötürən tərəfindən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir. İşin bərabər dəyərli olması Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək. Son xəbərlər Avto xəbərlər “Azərmaş” avtomobil istehsal və satışların gücləndirmək üçün ölkədə $10 milyonluq borc axtarır 07/05/2026 Digər xəbərlər Bakıda Təbriz küçəsindəki abadlıq işlərinə 27.3 milyon manat xərclənəcək 07/05/2026 Neft və Qaz “Brent” 5%-dən çox ucuzlaşıb 07/05/2026 Aqrarbiznes Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib” 07/05/2026 Digər xəbərlər Avto xəbərlər “Azərmaş” avtomobil istehsal və satışların gücləndirmək üçün ölkədə $10 milyonluq borc axtarır 07/05/2026 Digər xəbərlər Bakıda Təbriz küçəsindəki abadlıq işlərinə 27.3 milyon manat xərclənəcək 07/05/2026 Neft və Qaz “Brent” 5%-dən çox ucuzlaşıb 07/05/2026 Aqrarbiznes Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib” 07/05/2026