Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil Ölkə xarici 07/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri və bununla bağlı səsləndirilən tənqidlərlə bağlı sualı cavablandırarkən deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Ukrayna Prezidentinin səfərinə gəlincə, mən əvvəllər də bu mövzuda açıqlamalar vermişəm. Biz Ukraynaya humanitar yardım göndərmişik və mən Ukrayna məsələsində Rusiya ilə müttəfiq olmadığımızı demişəm”, – Paşinyan bildirib. Baş nazir vurğulayıb ki, Alma-Ata Bəyannaməsi Ermənistan üçün fundamental əhəmiyyət kəsb edir və İrəvan da bunun əsasında Azərbaycanla sülh prosesi qurur: “Alma-Ata Bəyannaməsinin bizim üçün nə qədər vacib və fundamental olduğunu bilirsiniz və biz bu bəyannaməyə əsaslanırıq və Azərbaycanla bu təməl üzərində sülh qururuq. Və bu, bizim prinsipial mövqeyimizdir”. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 4-də Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün İrəvana səfər edib. MənbəXezerxeber.az TaglarNikol PaşinyanRusiya-ErmənistanUkrayna Son xəbərlər Ölkə daxili AQTA “Hayal Kahvesi”ndə yoxlama aparıb – Vaxtı keçmiş məhsullardan istifadə edilirmiş 07/05/2026 Avto xəbərlər “Azərmaş Group”ın xalis mənfəəti keçən il azalıb 07/05/2026 Avto xəbərlər “Azərmaş” avtomobil istehsal və satışların gücləndirmək üçün ölkədə $10 milyonluq borc axtarır 07/05/2026 Digər xəbərlər Bakıda Təbriz küçəsindəki abadlıq işlərinə 27.3 milyon manat xərclənəcək 07/05/2026 Digər xəbərlər Ölkə daxili AQTA “Hayal Kahvesi”ndə yoxlama aparıb – Vaxtı keçmiş məhsullardan istifadə edilirmiş 07/05/2026 Avto xəbərlər “Azərmaş Group”ın xalis mənfəəti keçən il azalıb 07/05/2026 Avto xəbərlər “Azərmaş” avtomobil istehsal və satışların gücləndirmək üçün ölkədə $10 milyonluq borc axtarır 07/05/2026 Digər xəbərlər Bakıda Təbriz küçəsindəki abadlıq işlərinə 27.3 milyon manat xərclənəcək 07/05/2026