AQTA “Hayal Kahvesi”ndə yoxlama aparıb – Vaxtı keçmiş məhsullardan istifadə edilirmiş Ölkə daxili 07/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən “Hayal Kahvesi”ndə yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, yoxlama zamanı yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları (xardal, bəkməz, sous, sirop, əriştə, maya və sair), həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb. Eyni zamanda obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib. Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib. MənbəREPORT TaglarAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)Hayal Kahvesi Son xəbərlər Ölkə xarici Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 07/05/2026 Avto xəbərlər “Azərmaş Group”ın xalis mənfəəti keçən il azalıb 07/05/2026 Avto xəbərlər “Azərmaş” avtomobil istehsal və satışların gücləndirmək üçün ölkədə $10 milyonluq borc axtarır 07/05/2026 Digər xəbərlər Bakıda Təbriz küçəsindəki abadlıq işlərinə 27.3 milyon manat xərclənəcək 07/05/2026 Digər xəbərlər Ölkə xarici Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 07/05/2026 Avto xəbərlər “Azərmaş Group”ın xalis mənfəəti keçən il azalıb 07/05/2026 Avto xəbərlər “Azərmaş” avtomobil istehsal və satışların gücləndirmək üçün ölkədə $10 milyonluq borc axtarır 07/05/2026 Digər xəbərlər Bakıda Təbriz küçəsindəki abadlıq işlərinə 27.3 milyon manat xərclənəcək 07/05/2026