ABŞ Kuba iqtisadiyyatının təxminən 40 %-nə nəzarət edən konqlomerata sanksiyalar tətbiq edib Ölkə xarici 07/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Vaşinqton administrasiyası Kubadakı repressiyalarda ehtimal olunan iştiraklarına və ABŞ-nin milli təhlükəsizliyinə təhdidlərinə görə həmin ölkədəki bir sıra şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ-nin Dövlət Departamenti məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, Kuba iqtisadiyyatının təxminən 40 %-nə nəzarət edən “Grupo de Administracion Empresarial S.A.” (GAESA) konqlomeratı sanksiyalara məruz qalıb. Həmçinin, GAESA-nın rəhbəri, vəzifəli şəxsi və ya direktorlar şurasının üzvü olan və ya vaxtilə bu vəzifələri tutmuş Aniya Lastres Morera sanksiyalar siyahısına daxil edilib. Bundan əlavə, metallurgiya və mədənçıxarma sektorunda fəaliyyət göstərən “MOA Nickel SA” (MNSA) şirkətinə qarşı sanksiyalar tətbiq edilib. Qeyd edilir ki, yaxın günlərdə və həftələrdə növbəti sanksiya qərarları qəbul edilə bilər. MənbəREPORT TaglarABŞ-Kubasanksiya Son xəbərlər Ölkə xarici Ermənistanın səfiri Zelenskiyə görə Rusiya XİN-ə çağırılıb 07/05/2026 Ölkə xarici Kansler: Almaniya iqtisadi və texnoloji cəhətdən mövqelərini itirib 07/05/2026 Turizm Azərbaycanın bu rayonunda da kanat olacaq 07/05/2026 Ölkə xarici Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 07/05/2026 Digər xəbərlər Ölkə xarici Ermənistanın səfiri Zelenskiyə görə Rusiya XİN-ə çağırılıb 07/05/2026 Ölkə xarici Kansler: Almaniya iqtisadi və texnoloji cəhətdən mövqelərini itirib 07/05/2026 Turizm Azərbaycanın bu rayonunda da kanat olacaq 07/05/2026 Ölkə xarici Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 07/05/2026