Prezident İlham Əliyev Roma Papasını təbrik edib Ölkə daxili 08/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Prezident İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu ünvanlayıb. Banker xəbər verir ki, məktubda deyilir:⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir. Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır. Fəxr edirik ki, Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkandır. Bakı şəhərində yeni katolik kilsəsinin təməlinin qoyulması ölkəmizdə dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin növbəti əyani nümunəsidir. Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış səmərəli əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Fondun dəstəyi ilə Vatikanda aparılan bərpa işləri mədəniyyətlərarası dialoqa, dini və mədəni irsin qorunub saxlanmasına töhfə verməklə yanaşı Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyinin göstəricisidir. Zati-müqəddəsləri, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında səmimi dialoqun və əməkdaşlığın inkişafına Sizin töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın təşviqi naminə bundan sonra da möhkəmlənəcək və daha da dərinləşəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali və müqəddəs missiyanızda daim uğurlar diləyirəm”. Son xəbərlər Yerli biznes xəbərləri SALOGLU mebeldə sonuncu “Fabrik kampaniyası”nın son tarixi açıqlandı 08/05/2026 Nəqliyyat Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək 08/05/2026 Texnologiya xəbərləri “Elektron ipoteka və kredit zəmanət” sistemi 254 min manata təkmilləşdiriləcək 08/05/2026 Bank xəbərləri “İdeal Kredit” BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB 08/05/2026 Digər xəbərlər Yerli biznes xəbərləri SALOGLU mebeldə sonuncu “Fabrik kampaniyası”nın son tarixi açıqlandı 08/05/2026 Nəqliyyat Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək 08/05/2026 Texnologiya xəbərləri “Elektron ipoteka və kredit zəmanət” sistemi 254 min manata təkmilləşdiriləcək 08/05/2026 Bank xəbərləri “İdeal Kredit” BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB 08/05/2026